Hindistanda bank soyğunçusu bibər tozuyla yaxalandı
Hindistanda 28 yaşlı bir şəxs bank əməkdaşlarına hücum edərək soyğun həyata keçirməyə cəhd edib. O, əməkdaşların üzünə bibər tozu ataraq onları çaşdırıb və pul çantasını götürərək qaçmağa çalışıb. Hadisə sentyabrın 10-da baş verib.
Minval.info xəbər verir ki, bank əməkdaşları bankomatdan pul götürdükdən sonra filiala qayıdarkən şübhəli şəxs arxadan yaxınlaşaraq onların üzünə bibər tozu səpib. Əməkdaşlar dərhal onun arxasınca düşüblər. Həmin vaxt ərazidə patrul xidməti aparan polis əməkdaşları da hadisədən xəbər tutaraq təqibə qoşulublar. Şübhəli şəxs uzağa gedə bilmədən saxlanılıb və oğurladığı pulun tamamı polis tərəfindən geri qaytarılıb. Saxlanılan şəxsin 28 yaşlı Suraj Borkar olduğu müəyyənləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 100 məktəb adambaşı maliyyələşməyə keçir
Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə təsir edə bilər
Nvidia CEO-nun istefası süni intellekt sektorunda narahatlıq yaradır
Pensiya və sosial müavinətlərin artımı açıqlanıb
Azərbaycan neftinin qiyməti yüksəldi
Visa və Mastercard Azərbaycanda niyə rəqibsizdir