30.09.2026 - 12:10
Dünya reytinqində hansı ölkədən neçə universitet var
Araşdırma 2 baxış

Dünya reytinqində hansı ölkədən neçə universitet var

Dünya Universitetlərinin yeni reytinq siyahısı açıqlandı. Bu dəfə də “Times Higher Education” tərəfindən tərtib edilən siyahı, 118 ölkədən 2297 ali təhsil müəssisəsini əhatə edir.

Minval.info xəbər verir ki, reytinqə ardıcıl olaraq 11-ci ildir ki, Birləşmiş Krallıqdan Oksford Universiteti 97.9 balla liderlik edir. İkinci yerdə isə 97.8 balla Massaçusets Texnologiya İnstitutu (MIT) qərarlaşıb. ABŞ-ın Prinston və Stanford universitetləri isə hər biri 97 balla üçüncü və dördüncü yerləri bölüşürlər.

İlk onluğa Kembric, Harvard, Kaliforniya Texnologiya İnstitutu, London İmperial Kolleci, Kaliforniya Berkli və Yel universitetləri də daxildir. Diqqətçəkən məqam odur ki, ilk dəfə olaraq üç Asiya universiteti dünyanın ən yaxşı 15 universiteti siyahısına daxil edilib.

Türkiyə reytinqdə 142 universitetlə təmsil olunur və bu universitetlər 326-2001+ aralığında yer alıb. İran isə 401-dən 2001+ aralığında 89 universitetlə təmsil edilir. Azərbaycan 701-ci yerdən 2001+-ə qədər aralıqda 14 universitetlə, Gürcüstan isə 1401-ci yerdən 2001+-ə qədər aralıqda 8 universitetlə təmsil olunur.

Reytinqdə Ermənistandan cəmi iki universitet – İrəvan Dövlət Universiteti və Ermənistan Avropa Universiteti iştirak edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: