Dünya çempionatının qalibləri mükafatlandırıldı - FOTOLAR
Futbol üzrə Fransa və Xorvatiya yığmaları arasında keçirilmiş 2018-ci il dünya çempionatının final matçından sonra mükafatlandırma mərasimi baş tutub.
Minval.info xəbər verir ki, əvvəlcə fərdi mükafatlar təqdim olunub. Fransa yığmasının hücumçusu Kilian Mbappe çempionatın ən gənc oyunçusu kimi təltif olunub. Xorvatiya yığmasının kapitanı Luka Modriç mundialın ən yaxşı futbolçusu mükafatına sahib çıxıb. Belçika yığmasının qolkiperi Tibo Kurtua çempionatın ən yaxşı qapıçısı sayılıb.
Qeyd edək ki, mükafatları FİFA prezidenti Canni İnfantino, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç təqdim edib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı



