Dünya çempionatındakı millilərin paltar dəyişmə otaqlarında ritualları, totemləri – FOTOLAR
Rusiyadakı futbol üzrə dünya çempionatı hazırda bütün dünyanın gündəmindədir. Bu il yeni texnologiyaların tətbiqi çempionata tamamilə başqa bir dad qatıb.
Bura qatılan millilər isə hər oyuna maksimum dərəcədə motivasiyalı çıxmağa çalışır. Bunun üçün müxtəlif totemlər, rituallar edən millilər də var.
Minval.İnfo bu məqalədə dünya çempionatı millilərinin və futbolçuların paltar dəyişmə otaqlarında etdikləri rituallardan bəhs edəcək.
Portuqaliya millisi üzvləri oyunlara xüsusi qoruyucular ilə çıxır. Bu qoruyucuların digərlərindən fərqləri futbolçuların sevdiklərinin şəkillərinin qoruyucuların üzərində olmasıdır. Millinin aparıcı oyunçusu Ronaldo qoruyucusunun üzərinə ailəsinin şəkilini həkk etdirib.
Bundan yalnız portuqaliyalı oyunçular istifadə etmir. Belə ki, alman ulduz Müller də uğur gətirsin deyə Podolskinin qoruyucularından istifadə edir.
Uruquvaylı ulduz isə bir qədər fərqli metoddan istifadə edir. O, oyun öncəsi öz yerindən ailəsinin çərçivəyə salınmış şəkilini baş ucundan ayırmır.
Cənubi Amerikadan digər ölkə Argentina isə oyun öncəsi otaqlara dini əşyalar yerləşdirir.
Peru millsinin futbolçuları isə matç başlamamışdan öncə dualar edirlər.
Otaqlarında isə şamlar və müqəddəslərin şəkilləri olur.
Mərakeş və Rusiya millsinin futbolcuları isə oyundan öncə başqa cür motivasiya olmağa çalışırlar.
Tamerlan
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır




