Dünənki imtahanların nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi 2019-cu il iyunun 30-da keçirilən imtahanların nəticələrini elan edib.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il iyunun 30-da aşağıdakı imtahanlar keçirilmişdi:
– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;
– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar;
– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları;
– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları;
– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçirilib
İmtahanın nəticələri saat 15:20-dən etibarən DİM-in internet saytında yerləşdirilib.
9 illik orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, Azərbaycan və ya rus dili, əlavə xarici dil imtahanı verən abituriyentlər bu linkdən, eksternat qaydasında imtahan verənlər, üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanlarında iştirak edə bilməyənlər isə buradan nəticələrini öyrənə bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda iştirakı gözlənilən 6461 abituriyentdən 1294 nəfəri imtahana gəlməyib. 2 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Qəbul imtahanına qədər 18 yaşı olan oğlanların NƏZƏRİNƏ
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə - İmtahan keçiriləcək
Təhsil Nazirliyi: Məktəblərdə pəncərələrin bağlanması məlumatı yalandı
Azərbaycanda Bilik Günü qeyd olunur
DİM abituriyentlərə müraciət edib
Universitetə qəbul olanların nəzərinə!