Dubaya qadın aparan Mürşüdovaya həbs edildi
Azərbaycanlı qadınları Dubaya aparmaqda təqsirləndirilən qadın hakim qarşısına çıxarılıb.
Minval.İnfo musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları cinsi istismara məruz qoymaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Vəfa Mürşüdovanın cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən V.Mürşüdova 8 il müddətinə azadlıqdan məhrum edilib.
V.Mürşüdovanın barəsində Cinayət Məcəlləsin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə axtarış elan edilib.
O, 2017-ci il sentyabr ayının 22-də Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
İstintaq dövründə cinayət işi üzrə iki zərərçəkmiş qadın tanınıb. Məlum olub ki, həmin qadınlar V.Mürşüdova tərəfindən Dubaya aparılaraq cinsi istismara məruz qalıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir