Dövlətdən çoxuşaqlı ailələrə dəstək
Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manata çatdırılacaq.
Minval.info xəbər verir ki, bu barədə prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı Sərəncamda qeyd olunub. Bu məbləğ hazırda 33 manatdır.
Sərəncamda uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılmasının nəzərdə tutulduğu qeyd olunub. Qeyd edək ki, bu məbləğ hazırda 109 manat təşkil edir.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinətin məbləği 150 manata çatdırılacaq.
Qeyd edək ki, Azərbaycanda sosial müavinətlərin məbləği 2018-ci ildə 10 faiz artırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?