Dövlət orqanlarının rəhbərləri tərəfindən dövlət sərhədindən buraxılış məntəqəsində olan vətəndaşlarla görüş keçirilib
Ötən gün Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyət və xidməti fəaliyyətin təşkili ilə tanış olublar.
DSX-dən minval.info-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd keçmə prosedurlarının sadələşdirilməsi, ölkəyə gələn və ölkədən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd və gömrük nəzarətinin effektivliyinin daha da artırılması və yoxlama müddətlərinin maksimal azaldılması məsələləri nəzərdən keçirilmiş, buraxılış məntəqəsinin infrastrukturunun təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Dövlət orqanlarının rəhbərləri tərəfindən dövlət sərhədindən buraxılış məntəqəsində olan vətəndaşlarla görüş keçirilib, onların müraciət və təklifləri dinlənilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yağış sularına qarşı yeni layihələr
Ana qolları olmayan körpədən imtina etdi: Reaksiyalar sərt oldu
Bakı və Sumqayıtda ağıllı su şəbəkələri qurulacaq
Azərbaycan qazının Türkiyəyə nəqli 130 milyarda çatdı
Azeri Light neftinin qiyməti 5,5% artdı
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi
Bakıda sabah yağışsız, 31° isti olacaq




