Donald Trampdan Suriya ilə bağlı vacib açıqlama – VİDEO
ABŞ prezidenti Donald Trampın Suriya ilə bağlı verdiyi açıqlamalar dünya mətbuatını çaş-baş salıb.
xarici mətbuata istinadən xəbər verir ki, Amerika rəhbəri hazırda amerikalı hərbçilərin Suriyadan çəkildiyini deyib.
“Hazırda Suriyada 2 min əsgərimiz var. Onlar da ölkədən çıxmağa başlayıblar”, – deyə Donald Tramp bildirib.
Amerika lideri qeyd edib ki, hərbçilərin ölkədən çıxarılması ABŞ-ın Suriyada nəzarəti itirməsi demək deyil.
“Biz istənilən vaxt Suriyaya qayıda bilərik. Amerikanın İraqda güclü mövqeləri var. Həmin ərazidən Suriyadakı terrorçularla mübarizə aparacağıq. Suriyada İŞİD terrorçularının yeri müəyyən olunan vaxt, İraqdan həmin ərazini vura bilərik”, – deyə D.Tramp bildirib.
Amerika rəhbəri bildirib ki, İraqda mövqelərini möhkəmlətməklə İrana nəzarəti daha da gücləndirəcək:
“Biz İraqdan İranı daha yaxşı izləyə biləcəyik. İrana nəzarəti daha yaxşı edə biləcəyik. İraqda yerləşməklə Yaxın Şərqə daha yaxşı nəzarət edəcəyik”.
https://youtu.be/DZkpefjDlQs
BAKU.WS
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!