Donald Tramp: “Türkiyə doğru-dürüst qonşu, Ərdoğan isə dediklərinə əməl edən şəxsdir”
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada qalan İŞİD terrorçularının kökünü kəsmək məsələsində məni ətraflı məlumatlandırdı”.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donlad Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra “Twitter” səhifəsində yazıb.
“Ərdoğan dediklərinə əməl edə biləcək şəxsdir. Türkiyə doğru-dürüst qonşudur. Bizim hərbi birliklər isə evə dönür”, – ABŞ lideri vurğulayıb.
Dekabrın 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti arasında Suriya məsələsinə dair telefon danışığı olub.
Xatırladaq ki, Donald Tramp ABŞ hərbçiləri və hərbi texnikasının Suriyadan çıxmasına dair sənəd imzalayıb. Sənəd imzlandığı gündən ABŞ hərbi texnikasını TIR-larla İraq ərazisinə daşıyıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!