25.09.2018 - 08:54
DİN və DTX Astarada birgə əməliyyat keçirdi
Hadisə 17 baxış

DİN və DTX Astarada birgə əməliyyat keçirdi

DİN və DTX Astarada birgə əməliyyat keçirdiDaxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Astarada birgə əməliyyat keçirib.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, sentyabrın 22-də Astara Rayon Polis Şöbəsinin və DTX-nın rayon şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pensər kənd sakini Teymur Paşayevə məxsus “Mercedes” markalı avtomobilin salonundan 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə T. Paşayevin atası Ağadadaşın Pensər kəndində yaşadığı evdən isə 1 ədəd pnevmatik tapança, 1 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng, 7 ədəd patron və 1 ov bıçağı aşkar edilərək götürülüb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: