DİN Sumqayıtdakı qətllə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda törədilən qətllə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən “Minval.info”ya verilən xəbərə görə, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə mayın 8-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birində 41 yaşlı İlahə İsgəndərovanın öldürülməsi, anası İ. Nağıyevaya isə bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.
Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla həmin gün saat 15 radələrində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Həsənovun münaqişə zəminində bıçaqla həyat yoldaşını öldürməsi, qayınanasına isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
T. Həsənov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir