16.07.2018 - 09:31
Kriminal 1 baxış

DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı

DİN iyul ayının 14-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Minval.info həmin məlumatı təqdim edir:

– Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 177 cinayət faktı qeydə alınmış, onların da 27-si “isti izlər”lə açılmışdır.

– Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.

– Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

– Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 22 nəfər xəsarət almışdır.
– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilmişdir.

– Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılmışdır.

 

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: