DİN-dən sürücülərə müraciət
DİN Baş Dövlət Yol Polisi İdarəsi yağışlı havalarla bağlı sürücülərə və piyadalara müraciət edib.
İdarədən verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların yağmurlu keçəcəyinə dair xəbərdarlıq edib: “Odur ki, sürücülər və piyadalar da bunu nəzərə almalıdır. Artıq respublikanın bir sıra bölgəsində yağmurlu hava müşahidə olunur. Bunu nəzərə alaraq DYP sürücülərin diqqətinə çatdırır ki, yağışlı havada sürət rejiminə ciddi əməl etsinlər. Çünki yay aylarından asfalt üzərində yığılıb qalan toz qatı yağış sularının təsiri altında yapışqan və sürüşkən təbəqəyə çevrilir ki, bu da sürətli hərəkət zamanı nəqliyyat vasitəsinin sürüşməsinə, əyləc (“tormoz”) məsafəsinin uzanmasına gətirib çıxarır”.
Yol polisi piyadaların da diqqətinə çatdırır ki, yağmurlu hava şəraitində yolun hərəkət hissəsinə qəflətən çıxmasınlar: “Bu, ağır qəzalara səbəb ola bilər. Yol polisi bütün hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırır”.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var