DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı MÜRACİƏT
“Əziz futbolsevərlər, xahiş olunur ki, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətində gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verəsiniz. Bundan başqa, oyunun keçirildiyi əraziyə 1 saat əvvəl gəlməyiniz də tövsiyə olunur”.
“Minval.info” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qarabağ”ın Bakıda Yunanıstan “Olimpiakos”una qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ilə bağlı bildirib.
“Bu gün baş tutacaq “Qarabağ” – “Olimpiakos” oyunu ilə əlaqədar stadionun daxilində və ətrafında vətəndaşlarımızın və xarici azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir” – o, vurğulayıb.
Qeyd edək ki, “Qarabağ” – “Olimpiakos” görüşü saat 20:45-də başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qarabağ”dan səfərdə vacib qələbə - VİDEO
Söyüş söyən mühacir də saxlanıldı - FOTO
Deputatlar tətilə çıxır: nə qədər məzuniyyətpulu alacaqlar?
Vilayət Eyvazovdan yeni təyinat
Vasif Talıbovun bütün əmlakı satışa çıxarıIıb
Azərbaycanda bütün mobil operatorlar qiymətləri qaldırdı
Polis heroinlə tutmuşdu, günahsız olduğu 1 il sonra bilindi