DİN-dən əməliyyat: Qətl törədən şəxs meşədə tutuldu
Daxili İşlər Nazirliyi (DİN) Daşkəsən rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən “Minval.İnfo”ya daxil olan məlumatda bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.
Belə ki, sentyabrın 18-də Daşkəsən rayonunun Əhmədli kəndində, rayon sakini Fikrət İsmayılovun evində münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Natiq Quliyevi bıçaqla qətlə yetirərək hadisə yerindən qaçması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən F.İsmayılov rayonun ətrafındakı meşə ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lənkəranskinin adamına hökm oxunub
Bakıda oğlan qadını intim şəkilləri ilə şantaj etdi
Lotu Qulinin qardaşı iki "qanuni oğru"nu barışdırdı - FOTO
Bakı sakini mağazanı partlatmaq istədi: 100 manat borcu varmış
Azərbaycanda ər-arvad bir-birini bıçaqladılar