İmtahanda iştirak etmək üçün 322 namizəd qeydiyyatdan keçib.

Dövlət İmtahan Mərkəzi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə 2021-ci il noyabrın 28-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcəkdir.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilirlər. “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” də çap olunur (Bəyannamə imtahan günü namizəd tərəfindən imzalanır vә imtahan zalına daxil olduqda nәzarәtçiyә tәhvil verilir).

Namizədlər imtahan iştirakçısının “ Yaddaş kitabçası” ilə buradan  tanış ola bilərlər. İmtahan Bakı şəhərində 2 binada təşkil olunacaq və saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. İmtahanların idarə olunmasına 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 31 nəzarətçi-müəllim və 4 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-
birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.
İmtahanda iştirak etmək üçün 322 namizəd qeydiyyatdan keçib. İmtahan 3 sааt dаvаm еdəcək.

İmtahanda namizədə qanunvericilik və ixtisas üzrə 80 və məntiqi nəticə çıxarma qabiliyyətinin müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunur. Hәr bir sualın düzgün cavabı 1 balla qiymәtlәndirilir (cәmi 100 mümkün bal). Sәhv cavablar düz cavabların nәticәsinә tәsir göstәrmir.

DİM-in mətbuat xidməti
Tеl: (+99 412) 431-63-86 (dax. – 231)
E-mail: [email protected]; http://dim.gov.az

Minval.info