DİM imtahanın nəticələrini açıqladı
Dövlət qulluğuna qəbul üzrə müsabiqənin 30 iyun 2018-ci il tarixdə keçirilmiş test imtahanı mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş namizədlərin ixtisasları üzrə statistik məlumatlar açıqlanıb.
DİM-dən Minval.info-ya daxil olan xəbərə görə, imtahanda iştirak edənlərdən inzibati icraçı vəzifələr (B növü) üzrə 30 iyun 2018-ci il tarixdə keçirilmiş dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş 1228 namizəddən 489 nəfər (39.8%) uğur əldə edib.
İmtahanda iştirak üçün qeydiyyatdan keçənlər üzrə ali təhsil ixtisasları iqtisadiyyat və idarəetmə ixtisaslar qrupuna aid namizədlər çoxluq (440 nəfər – 35.8%) təşkil edir. Ən çox uğur qazananlar da bu ixtisaslar qrupunun payına düşür – 174 nəfər (14.2%).
Ali təhsil ixtisasları mədəniyyət və incəsənət ixtisaslar qrupuna aid imtahanda iştirak edənlərin sayının (15 nəfər) faiz göstəricisi imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin ümumi sayına (1228 nəfər) nisbətdə təxminən 1.2% təşkil edir ki, bu da iştirakçı sayına görə ən aşağı göstəricidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda müəllimlərə maaşla bağlı ŞAD XƏBƏR
Gələn il bu universitetlərdə tələbə qəbulu azala bilər - Nazir açıqladı
Müəllimlər axşam saat 6-ya kimi məktəbdə qalacaq
Şiddətli töhmət alan məktəb direktoru işdən çıxarıldı
İmtahan qabağı abituriyentlərə vacib məsləhətlər - Bunlara əməl edin
