Dilqəm və Şahbaza işgəncə verilməsi ilə bağlı videolar Avropa Məhkəməsinə göndərildi
“Ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı bir sıra yeniliklər var”.
“Report”un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə bununla bağlı müvafiq sənədlər göndərilib: “Avropa Məhkəməsi ilə komunikasiya işləri davam edir. Biz də əldə etdiyimiz sənədlərə dair öz münasibətimizi bildirəcəyik. Görülən tədbirlər vaxtında aparılır. Ümid edirəm ki, yaxın aylarda biz Avropa Məhkəməsində müsbət qərarların qəbulunun şahidi olacağıq. Hesab edirəm ki, vətəndaşlarımızın qanunsuz həbsinə son qoyulmalıdır. Onların öz ərazimizdə sərbəst hərəkət etmə hüquqları tapdalanılıb. Avropa Məhkəməsi də onların hüquqlarını tanımalıdır”.
A.Bağırov qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülən zamanı işgəncə verilməsi ilə bağlı videogörüntü və sənədlər Avropa Məhkəməsinə təqdim edilib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
Çempionlar Liqası oyunları hansı kanalda?
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
Azərbaycanda süni intellekt tibbdə inqilab edir