Deputatlara verilən bəzi pul təminatları ləğv edildi
Milli Məclisin deputatlarına verilən bəzi pul təminatları ləğv edilib.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, bu il iyulun 1-dən etibarən deputata hər ay vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün verilən vergilərdən azad olunan pul təminatı ləğv olunub.
Habelə, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatlarına verilən deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı ləğv edilib. Bundan əlavə, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün verilən onun iki aylıq vəzifə maaşı məbləğində müavinət də ləğv olunub.
Qeyd edək ki, deputatların maaşlarının artırılması ilə bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin iyunun 29-da keçirilən plenar iclasında III oxunuşda qəbul edilib. Deputatların maaşlarının kəskin şəkildə artırılması ictimaiyyət arasında geniş müzakirələrə səbəb olmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yağış sularına qarşı yeni layihələr
Ana qolları olmayan körpədən imtina etdi: Reaksiyalar sərt oldu
Bakı və Sumqayıtda ağıllı su şəbəkələri qurulacaq
Azərbaycan qazının Türkiyəyə nəqli 130 milyarda çatdı
Azeri Light neftinin qiyməti 5,5% artdı
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi
Bakıda sabah yağışsız, 31° isti olacaq