Deputatdan əzadarlıqda ağlayan Hacı Şahinə sərt reaksiya: Bu İslam dini deyil - VİDEO
Millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə şiələrin əzadarlığı ilə bağlı yayılmış videoya münasibət bildirib.
Minval.info xəbər verir ki, deputat “Facebook” səhifəsində paylaşdığı videonun Məhərrəmlik ayında çəkildiyi ehtimal edilir. Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli də həmin əzadarlıqda iştirak edir.
Videodan göründüyü kimi Hacı Şahin Həsənli ağlayır. Paylaşmaya şərh verən Fazil Mustafa bu hərəkətlərin İslam dini ilə heç birə əlaqəsinin olmadığını yazıb:
“Bu da azərbaycanlıların ənənəvi dini. 500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz. Bu dinin adına Azərbaycanda İslam deyirlər. Təkcə elmdə, texnologiyada, fəlsəfədə, təhsildə, səhiyyədə geridə deyilik, din əxlaqında da quyunun dibindəyik. Bu davranışı Quranla uzlaşdırın görün, bir əlaqə tapacaqsınızmı?”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
Çempionlar Liqası oyunları hansı kanalda?
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
Azərbaycanda süni intellekt tibbdə inqilab edir
