Deputat yaşı 70-dən çox olan həmkarlarına səsləndi: "Namizədliyinizi verməyin"
“Dövlət başçısı yaşı 70-dən yuxarı olan vəzifəli şəxslərə müraciət edərək yerlərini gənclərə verməyə çağırdı. Milli Məclisin deputatı Ağacan Əbiyevin özü bəyan edib ki, növbəti parlament seçkilərində namizədliyini verməyəcək. Güman edirəm ki bir qədər çətinlik çəkən, yaşın və xəstəliyin fəaliyyətinə mane olan deputatlar da namizdəliyini vermiyəcək”.
“Minval.info” xəbər verir ki, bu barədə Bizimyol.info-ya Milli Məclisin deputatı Tahir Kərimli bildirib.
Deputat sosial şəbəkədə müzakirələrə səbəb olan, 2019-cu ilin büdcə müzakirəsi aparılan zaman həmkarı Xanhüseyn Kazımlının danışarkən cümlə qurmaqda çətinlik çəkməsini də şərh edib:” Xanhüseyn müəllim, yaşlı, ziyalı, xeyirxah adamdır. Ömründə heç kimə ziyan vurmayıb. İndi nitqində bir az qüsurlar var. Yəqin o da bu haqda düşünəcək”.
ƏLAQƏLİ
Qusarda ana ölümü ilə bağlı təhqiqat yeniləndi - Ekspertiza rəyində ŞOK DETALLAR
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsmayıllı şoru və İvanovka qatığı adı ilə alıcılar aldadılıb
Güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edildi
Xəzərin dayazlaşmasına qarşı hansı tədbirlər planlaşdırılır