Deputat: "Ölən süpürgəçini heç kim işləməyə məcbur etməyib"

Bu gün sosial şəbəkələrdə küçəni süpürərkən avtomobil vurması nəticəsində dünyasını dəyişən yaşlı qadının fotosu yayılıb. Minval.İnfo xəbər verir ki, həmin foto böyük etirazlara və müzakirələrə səbəb olub.
İstifadəçilər yolların texnika ilə deyil, belə yaşlı qadın süpürgəçilər tərəfindən təmizlənməsinə etiraz edərək, aidiyyəti qurumları qınayıb. Bəziləri isə bu məsələdə yaş məhdudiyyətini gündəmə gətirərək, Azərbaycanda əmək qabiliyyətinin 65 yaşa qədər olduğunu vurğulayıb.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib ki, Azərbaycanda qeyri-ixtisas peşə sahələri ilə məşğul olan şəxslərə yaş məhdudiyyəti qoyulmur:
“Yaş məhdudiyyəti işçi tələbatı çox, sahə mütəxəssisi kifayət qədər, intellektual əməklə məşğul olan və lazımi işləri yerinə yetirə bilməyən şəxslərə qoyulur. Fiziki əməklə məşğul olanlara belə bir məhdudiyyət qoyulmur. Məsələn, qeyri-ixtisaslı peşə sahibləri – fəhlələr, təmizləmə, yaşıllaşdırma işi ilə məşğul olanlar işləyirsə və onun fiziki gücü, sağlamlığı imkan verirsə, ona niyə qadağa qoyulsun ki?!
Onu da qeyd edim ki, məhdudiyyət məsələsi yalnız dövlət büdcəsindən maaliyyələşən şəxslərə qoyulur. Müəllimlər, həkimlər, mühəndislər bu qəbildəndir. Çünki onlar yaşlanıb, müəyyən yaşa çatdıqdan sonra yenilikləri qəbul edə bilmirlər. Bunun üçün onlara yaş məhdudiyyəti qoyulur ki, yerlərinə gənc kadrlar cəlb oluna bilsin.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Yol-nəqliyyat hadisəsinə qaldıqda isə maşın yaşlı adamı da, cavanı da, uşağı da, işləyəni, işləməyəni də vura bilər. Bu səbəbdən mənə elə gəlir ki, gedən bu müzakirələr, sadəcə olaraq, yersizdir. Bu cür yanaşmanı düzgün qəbul etmirəm.
Yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər, onu məcburi işlədirlər?! Ola bilər ki, əvvəlcədən o işlə məşğul olub, işdən anlayışı var, fiziki imkanları da şərait yaradır və beləliklə, öz çörək pulunu qazanır”.
Qeyd edək ki, ötən gün Bakının Sabunçu rayonu ərazisində süpürgəçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ƏLAQƏLİ
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Minval.İnfo-ya verilən məlumatda bildirib ki, dünən saat 18:00 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində “KamAZ” markalı maşın yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Aparılan araşdırmalar zamanı Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı