Deputat 13 saat tualetdə qapalı qaldı
Belçikada Flamand Parlamentinin deputatı Frederik Erens, təxminən 13 saat parlamentin tualetində bağlı vəziyyətdə qalıb. Hadisə, “Vlaams Belang” partiyasının üzvü olan 58 yaşlı Erensin parlamentin qrup ofislərinin yerləşdiyi əlavə binada keçirilən görüşdən sonra baş verib.
Minval.info xəbər verir ki, Erens tualetə gedərkən qapının kilid mexanizmi qırılıb və o, qapını aça bilməyib. Telefonunu masasının üzərində qoyan deputat, binadakılara səsini çatdıra bilməyib və gecəni tualetdə keçirməli olub.
Bir müddət sonra içəridə havanın ağırlaşdığını hiss edən Erens, tualetdə tapdığı metal əşyadan istifadə edərək qapının yuxarı və aşağı hissəsində iki dəlik açıb. Tualetin yanğına davamlı qapısı olduğundan içəridə hava dövranı məhdud olub.
Səhər saat 06:00-da təmizlik işçiləri deputatı tualetdə aşkar ediblər. Qapı lomla açıldıqdan sonra Erens oradan çıxarılıb. Tənəffüs çətinliyi yaşayan deputat müayinə üçün Brüsseldəki “Saint-Jean” xəstəxanasına aparılıb. Daha sonra xəstəxanadan buraxılan Erensin səhhətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Frederik Erens 2024-cü ildən Flamand Parlamentində Vlaams-Brabant seçki dairəsini təmsil edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həzi Aslanov stansiyasında yenidənqurma 2026-da bitəcək
Ağdamda minalı ərazidə güclü yanğın başladı
Şəhid xanımı 4-cü mərtəbədən yıxıldı, öldü
Şəmkirdə ailə münaqişəsi yanğınla nəticələndi
İranda təyyarə havada parçalandı: Möcüzəvi eniş!
ABŞ-ın İrana qarşı əməliyyatı: 18 hərbçi həlak oldu
Los-Ancelesdə helikopter qəzası: 3 ölü