Jaecoo J8: Azərbaycan yollarında 30,000 km sınaq
JAECOO J8 modeli Azərbaycan yollarında 30 gün ərzində 30,000 kilometr məsafə qət edərək sərt sınaqdan keçdi. Bu sınaq, avtomobilin şəhər tıxaclarından tutmuş dəniz qumu və dağ yollarına qədər müxtəlif şəraitlərdə yoxlanılmasını əhatə etdi. Layihə çərçivəsində avtomobilin performansı canlı yayımda izlənildi və müxtəlif influenserlər tərəfindən test edildi.
Minval.info xəbər verir ki, “Limitless Drive” layihəsi çərçivəsində JAECOO J8 SHS modeli 7/24 rejimində hərəkət edərək Bakı, Quba, Gəncə və Cəlilabad istiqamətlərində sınaqdan keçirildi. Avtomobilin texniki qulluğu reqlamentə uyğun olaraq həyata keçirildi və mühərrik yağı 4 dəfə dəyişdirildi. Sınaq proqramına qum örtüyündə keçidlilik, dağlıq ərazilərdə yoxuş və eniş davranışı, şəhər və şosse rejimlərində yanacaq sərfiyyatı, həmçinin dinamik sürətlənmə testləri daxil idi.
Layihənin yekun hesabat tədbiri “Otodok” servis mərkəzində keçirildi. Tədbirdə avtomobilin bir aylıq intensiv istismardan sonrakı texniki vəziyyəti təqdim olundu və JAECOO J8 SHS-in 30,000 kilometrdən sonra da qrafikə uyğun istismara hazır olduğu vurğulandı. Imotors MMC-nin direktoru Əli Əhədov, “Biz avtomobilin imkanları haqqında danışmaq əvəzinə onu bir ay boyunca hamının gözü qarşısında yoxladıq,” – deyə bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Toylarda meyxana qadağası: Yeni qaydalar gündəmdə!
Ferhat Göçerin oğlu Londonda fərqlənmə ilə bitirdi
Samsung telefonlarının qiyməti artacaq!
Biləcəridə 3 otaqlı mənzillər: İpoteka və kreditlə satış!
Kənan Zindadil ADMİU-dan qovuldu: TikTok qalmaqalı!
Tələbələri təhdid edən ADMİU tələbəsi qovuldu
Bəy toyda tortu yerə çırpdı: Skandal!