Şəmkirdə ailə münaqişəsi yanğınla nəticələndi
Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatları məlum olub. Ailədə tez-tez mübahisələrin yaşandığı bildirilir. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edərək fiziki təzyiq göstərib.
Nəzakət İsmayılova hadisə barədə belə danışır: “Mənə hədə-qorxu gəldi. Mən də küçəyə çıxdım. Qonşunun evinin yanına çatanda gəlib məni iki dəfə vurdu, sonra boğdu. Dedim ki, ‘məni niyə döyürsən?’. Qışqırıb girdim qonşunun evinə. Biz də polisə müraciət etdik. Sonra xəbər çatdı ki, evi yandırıb”.
Minval.info xəbər verir ki, hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində ekspertiza təyin olunub və aidiyyəti üzrə araşdırmalar aparılır. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
ƏLAQƏLİ
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq
Qəza törətməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya olunacaq
İspaniyada qatar qəzasında ölənlər arasında 4 amerikalı var
"İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
Salyanda dəhşətli qəza: iki nəfər həyatını itirib
Moped və velosiped sürənlərə xəbərdarlıq