ABŞ-ın İrana qarşı əməliyyatı: 18 hərbçi həlak oldu
ABŞ-nin İrana qarşı həyata keçirdiyi “Epik qəzəb” adlı hərbi əməliyyatın ilk dörd ayı ərzində amerikalı vergi ödəyicilərinə 33.4 milyard dollara başa gəlib. Bu barədə Pentaqonun baş müfəttişinin hesabatında məlumat verilib.
Minval.info xəbər verir ki, hesabatda qeyd olunub ki, bu məbləğin 22.3 milyard dolları döyüş sursatlarının, 7.4 milyard dolları əməliyyat üzrə digər xərclərin, 3.7 milyard dolları isə hərbi texnika itkilərinin payına düşüb. Zədələnmiş infrastruktura dəymiş ziyanın bərpası xərcləri bu qiymətləndirməyə daxil edilməyib.
Bu müddət ərzində ABŞ qüvvələri 36 000-ə yaxın döyüş uçuşu həyata keçirib və İrandakı təxminən 13 500 hədəfə zərbələr endirib. Hesabata əsasən, fevralın 28-dən iyunun 30-dək davam edən əməliyyat zamanı yeddi amerikalı hərbi qulluqçu həlak olub, daha yeddi nəfər qeyri-döyüş hadisələri nəticəsində dünyasını dəyişib, 417 nəfər isə yaralanıb. İyul ayında daha dörd hərbi qulluqçu həlak olub.
Hesabatda texnika itkiləri arasında dörd “F-15E” qırıcı təyyarəsi, 30-a yaxın “MQ-9” pilotsuz uçuş aparatı və bir “AH-64” helikopteri göstərilib. Bundan əlavə, yeddi “KC-135” yanacaqdolduran təyyarəsi zədələnib və ya məhv edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Los-Ancelesdə helikopter qəzası: 3 ölü
ABŞ orbitə gizli kosmik silah yerləşdirdi
Çinə giriş-çıxış qaydaları sərtləşdi: Cərimələr artırıldı
Qəbələdə avtomobil qəzası: 65 yaşlı kişi öldü
Göygöldə "Chevrolet" aşdı: 3 yaralı xəstəxanada
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü