16.09.2026 - 17:52
Hadisə 15 baxış

Los-Ancelesdə helikopter qəzası: 3 ölü

ABŞ-ın Los-Anceles şəhərinin Çatsvort bölgəsində baş verən ağır yol qəzası zamanı yolsuzluq avtomobili avtobusa çırpılıb. Bu hadisəni işıqlandıran NBC News-a məxsus helikopter isə canlı yayım zamanı alovlar içində qəzaya uğrayıb.

Minval.info xəbər verir ki, bu dəhşətli hadisə nəticəsində helikopterdə olan azı üç nəfərin həyatını itirdiyi bildirilir. Hadisə yerindən yayılan görüntülərdə iki konteyner və çoxsaylı nəqliyyat vasitələrinin alovlandığı görünür. Yanğınsöndürənlər yanğının artıq söndürüldüyünü açıqlayıblar.

Qəza çərşənbə axşamı yerli vaxtla saat 19:00-dan bir qədər əvvəl Lurlayn prospekti ilə Nordhoff küçəsinin kəsişməsində baş verib. Los-Anceles Polis Departamenti helikopterin onlara məxsus olmadığını təsdiqləyib. Helikopterin kim tərəfindən idarə edildiyi və qəzanın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmanı Milli Nəqliyyat Təhlükəsizliyi Şurası aparacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: