17.09.2026 - 13:43
Lent 24 baxış

Ağcəbədidə qazdoldurma məntəqəsi bağlandı: Təhlükə!

Ağcəbədi rayonunun Aşağı Avşar kəndində yerləşən və fərdi sahibkar Qənbərov Gülmalı Gəncalı oğluna məxsus maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, məntəqədə aparılan planlı yoxlama zamanı iki ədəd maye qaz çəninin üzərindəki qoruyucu klapanların dövri yoxlanılmadığı və çənlərin texniki baxışının keçirilmədiyi müəyyən edilib.

Minval.info xəbər verir ki, aşkar olunan bu nöqsanlar insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı üçün məntəqənin istismarı dərhal dayandırılıb. Pozuntuların aradan qaldırılması məqsədilə tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: