16.09.2026 - 22:25
Hadisə 21 baxış

İranda təyyarə havada parçalandı: Möcüzəvi eniş!

İranda Məşhəddən Kirmanşaha uçan ‘Boeing 737’ sərnişin təyyarəsi havada parçalanmağa başlayıb. Hadisə ‘Sepehran’ aviaşirkətinə məxsus təyyarənin uçuşu zamanı baş verib.

Minval.info xəbər verir ki, təyyarə havaya qalxdıqdan dərhal sonra təkərlərdən birinin örtüyü qopub və kapitan mühərriklə bağlı fövqəladə vəziyyət elan edib. Bu zaman salonda güclü silkələnmə başlayıb, nəticədə rəflər sınıb və sərnişinlərin əşyaları onların üzərinə tökülüb.

Pilot dərhal geriyə qayıtmaq qərarına gəlib və təyyarə Məşhəd hava limanında uğurla qəza enişi edib. Xoşbəxtlikdən sərnişinlərdən xəsarət alan olmayıb.

Bu, son zamanlar Məşhəddə ‘Sepehran’ təyyarəsi ilə bağlı baş verən ilk insident deyil. Avqustun sonlarında başqa bir təyyarə eniş edərkən uçuş-eniş zolağından kənara çıxmışdı, lakin həmin vaxt da xəsarət alan olmamışdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: