Bakıda mənzil qiymətləri 1,5 milyon manata çatdı
Bakı şəhərində mənzil və kirayə qiymətləri hər il artmaqda davam edir. Paytaxtın ən bahalı ərazilərində mənzillərin qiymətləri 1 milyon 500 min manata qədər yüksəlir. Bu ərazilər arasında Səbail rayonu, Zərifə Əliyeva küçəsi, Fəvvarələr meydanı və ətrafı xüsusi qeyd olunur. Burada mənzillərin qiyməti 1 milyon manatdan başlayaraq 1 milyon 500 min manata qədər dəyişir.
Minval.info xəbər verir ki, İçərişəhər və ətrafında mənzillərin qiyməti təxminən 1 milyon manat civarındadır. Badamdarda isə bu rəqəm 600 min manatdan başlayaraq 1 milyon manata qədər yüksəlir. “28 May” metrostansiyası ətrafında mənzillərin qiyməti 550-750 min manat arasında dəyişir. Xətai metrostansiyası və Ağ Şəhər bulvarında isə qiymətlər 500-650 min manat arasında təklif olunur.
Yusif Səfərov küçəsində mənzillərin qiyməti 500-550 min manat arasında dəyişir. Nərimanov rayonunda, Məmməd Araz küçəsində qiymətlər təxminən 500 min manat civarındadır. Atatürk prospekti və Hüseyn Cavid prospekti kimi ərazilərdə isə mənzillər 450-550 min manat arasında təklif olunur.
2025-ci ildə aparılan hesablamalara əsasən, Səbail rayonunda bir sot torpağın orta qiyməti 431 min 743 manat olub. Nərimanov rayonunda bu göstərici 302 min 671 manat, Nəsimi rayonunda 298 min 78 manat, Xətai rayonunda 237 min 322 manat, Yasamal rayonunda isə 206 min 620 manat təşkil edib. Ötən illə müqayisədə bu il qiymətlərdə 10-15 faiz artım müşahidə olunur.
Torpağın yüksək qiyməti kirayə mənzillərin də bahalaşmasına səbəb olur. İçərişəhər, Fəvvarələr meydanı, Səbail rayonu və bulvar ətrafında kirayə qiymətləri 1500 manatdan başlayaraq 4 min manata qədər yüksəlir. Premium mənzillər isə xarici iş adamları və səfirlər üçün təklif olunur və aylıq kirayə qiyməti 5-7 min manat arasında dəyişir. Xətai rayonunda və Ağ Şəhərdə kirayə qiymətləri 1500-3000 manat arasında dəyişir.
Ümumiyyətlə, torpağın bahalı olması mənzilin qiymətinə təsir edən yeganə amil deyil. Tikilinin xüsusiyyətləri də qiymətin formalaşmasında mühüm rol oynayır. Mənzilin premium binada yerləşməsi, standart yaşayış binasında olması və ya köhnə tikiliyə aid edilməsi qiymətlər arasında fərq yaradır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xaricdə təhsil alanlar üçün 18 aylıq xidmət şoku!
Bakıda avtobus sürücüsündən sərnişinlərə sərt reaksiya
Arzumuz var: 6 gənc qız tələbə oldu!
Karantin rejimi 2027-ci ilə qədər uzadıldı
Bakı metrosunda gecikmələrə son: Yeni sistem gəlir!
Abidələrimizə qarşı vandalizm: 68-i tamamilə dağıdılıb
Yapon dəniz duzunda yod çatışmazlığı aşkarlandı