Həzi Aslanov stansiyasında yenidənqurma bu tarixdə bitəcək
“Həzi Aslanov” stansiyasının dalanında həyata keçirilən əsaslı yenidənqurma işləri 2026-cı ilin noyabr ayında tamamlanacaq. Bu işlər “Bakı Metropoliteni” QSC tərəfindən icra edilir və təxminən 280 metrlik sahədə üç mərhələdə aparılır.
Minval.info xəbər verir ki, əvvəlki mərhələlərdə təmir-bərpa işləri başa çatdırılıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb və orta yolların arakəsmə divarları yenidən inşa edilib. Son mərhələdə tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır, xüsusi boya maddələri tətbiq edilir.
Layihə çərçivəsində dalan yolları müasir dəmir-beton özüllər üzərində qurulub və 4 yoldan ibarət dalanda 6 yoldəyişdirici quraşdırılıb. Elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi, su, kanalizasiya, havalandırma və digər mühüm sistemlərin yenilənməsi davam etdirilir. Yenidənqurma işləri zamanı konstruksiyaların dayanıqlığının artırılması və aqressiv qrunt sularının təsirlərinin aradan qaldırılması məqsədilə müntəzəm müayinələr aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır