ABŞ-dan Körfəz ölkələrinə yeni təhlükəsizlik vədləri
ABŞ, İsrail və bir sıra ərəb ölkələrinin yüksək səviyyəli hərbi rəhbərləri, İranla müharibə ehtimalları və regiondakı gərginlikləri müzakirə etmək məqsədilə Almaniyada bir araya gəldilər. Bu görüşdə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperin təşkilatçılığı ilə İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misirin baş qərargah rəisləri iştirak etdilər.
Minval.info xəbər verir ki, görüşdə Yaxın Şərqdə təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi imkanları müzakirə edildi. Admiral Bred Kuper, Amerika qüvvələrinin regiondan çıxarılmayacağını bildirərək, Hörmüz boğazında gəmi hərəkətinin genişləndirilməsi ilə bağlı ABŞ-nin planlarını iştirakçılara açıqladı.
Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, tərəflər Yaxın Şərqdəki problemləri aradan qaldırmaq üçün bir araya gəliblər. ABŞ, Yaxın Şərqdəki bazalarının təhlükəsizliyini təmin etmək üçün Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Bəhreyn və digər ölkələrə Hava Hücumundan Müdafiə və müasir hərbi avadanlıqların verilməsi istiqamətində dəstək verəcəyini vəd edib.
Avropa liderləri qeyri-rəsmi toplantıda süni intellekt və Ukraynanı müzakirə edir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünya liderləri Türkiyədə: COP31 diplomatiya trafiği ilə davam edir
ABŞ-ın diplomatik səyləri fonunda Rusiya və Ukrayna arasında gərginlik artır
Estoniya Ukraynaya milyonlarla avro ayırır: Pullar nəyə xərclənəcək?
Dehlidə hava çirkliliyi "şiddətli" səviyyədə qalır
ABŞ-da casusluq skandalı: Ticaret naziri vəzifədən alınacaq?