Koronavirusun “Delta” ştammı ABŞ-da tüğyan edir. Florida, Texas, Luiziana, Missisipi və Arkanzas ştatında yeni yoluxma sayında anti-rekord qeydə alınıb.

“Minval.info” “Vesti.ru”a istinadən xəbər verir ki, Texasda reanimasiya şöbələrinin 94 faizi dolub. Yeni səhra hospitalları açmalı olurlar.

Missisipidə hətta universitetin qarajında da çarpayılar qoyulub. Arkanzasda həkim çatışmazlığı var. Klinika rəhbərlikləri əməkhaqqılarını artırır, qonşu ştatlardan həkim çağırırlar.

İsraildə koronavirusun yeni dalğası yayılıb. Vətəndaşlar aktiv şəkildə yenidən vaksinasiyaya dəvət edilir.

Tayland hökuməti Banqkokda və 28 əyalətdə “lokdaun” müddətini uzadıb. Komendant saatı da qüvvədədir. Banqkokda yüzlərlə insan hökumət binasına daxil olmağa çalışıb. Onlar vaksinasiya prosesinin zəif getməsində hökuməti günahlandırır və onun istefasını tələb edirlər.

Şri-Lankada da “lokdaun” və komendant saatı tətbiq edilir. Ölkənin səhiyyə naziri koronavirusla mübarizə üçün cadu və “sehrli iksirlərdən” istifadə etdiyi üçün işdən azad edilib.