“Dedim, ailə şəkillərini...” – Bakıda quldurluq edənlərin etirafı...(Video)

Bakıda quldurluq edən şəxslər tutulub.
ARB TV xəbər verir ki, Bakı şəhər sakini Teymur Müseyibli polisə məlumat verərək bildirib ki, mayın 14-də idarə etdiyi avtomobillə Hövsan qəsəbəsinə apardığı iki nəfər müştəri ona qarşı zor tətbiq edərək 150 manat pulunu və bir ədəd telefonunu əlindən alıblar.
Suraxanı Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuş Akif Cavadov və Vasib Rzayev saxlanılıblar. Onlar ifadələrində törətdikləri əməli etiraf ediblər.
Akif Cavadov (saxlanılan şəxs): “Demişəm ki, pulun var üstündə? Deyib ki, yox. Demişəm telefonu ver. Dedim nömrəni çıxart, ailə şəkillərini poz, ver”.
Vasib Rzayev (saxlanılan şəxs): “Qəbirstanlığa çatanda, dedim ki, maşını söndür. Dedik, bizi düz başa düş bizə pul lazımdı. Telefonun götürüb çıxdıq”.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri mobil telefonu Hövsan qəsəbəsində Mirzə adlı şəxsə narkotik maddə olan heroin müqabilində satıblar. Növbəti əməliyyatla Hövsan qəsəbə sakini Mirzə Mirzəyev də saxlanılıb. Onun yaşadığı evə baxış zamanı əlavə olaraq satış üçün nəzərdə tutulan 171,388 qram heroin və 24,291 qram metamfetamin aşkar olunaraq götürülüb.
Mirzə Mirzəyev (saxlanılan şəxs): “Telefonu gətirib verdilər mənə, qəbul etdim. Telefonun kodu var idi, o da 25 manat edirdi. Dedim ki, sizə heç nə düşmür”.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsindəCinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Anar Məmmədliyə 13 il həbs cəzası verildi
Bakıda qızını bıçaqlayan qadına şərti cəza
Balakəndə narkotik əməliyyatı: 169 çətənə kolu tapıldı
İsgəndərin itmiş məzarı: Sirli tarixdən izlər
Zərgərlik işçisi 3 kq qızıl oğurladı: Həbs edildi
Bakıda mənzil dələduzu saxlanıldı: 15 min manatlıq fırıldaq!
Anar Məmmədli və Anar Abdullaya ağır cəza