DÇ-2018: Meksika yığması növbəti qələbəsini qazanıb

Rusiyadakı futbol üzrə dünya çempionatında G qrupunun II turuna start verilib.
“Report”un məlumatına görə, Rostovdakı eyniadlı arenada Cənubi Koreya və Meksika yığmaları üz-üzə gəlib. Görüş amerikalıların qələbəsi ilə yekunlaşıb – 2:1. Hesabı 27-ci dəqiqədə penaltidən Karlos Vela açıb. 66-cı dəqiqədə isə Xavyer Ernandes fərqi artırıb. Koreyalılar təsəlli qolunu uzatma dəqiqələrində vurub. Son Hyu Min uzaqdan zərbə ilə fərqi azaldıb.
Bu qələbə sayəsində xallarını 6-ya çatdıran Meksika 1/4 finala vəsiqəni böyük ölçüdə təmin edib. Bu gün Almaniya İsveçlə görüşdə qələbə qazana bilməsə, amerikalılar bu vəsiqəni rəsmiləşdirəcəklər. Ardıcıl ikinci məğlubiyyətlə üzləşən Cənubi Koreya isə qrupda qalıb.
DÇ-2018
23 iyun
II tur
F qrupu
19:00. Cənubi Koreya – Meksika – 1:2
Qollar: Karlos Vela, 27-penalti ilə. Xavyer Ernandes, 66 – Son Hyu Min, 90+3
Hakimlər: Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Con Pitti (Panama)
Rostov-Don, “Rostov Arena”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qurbanov Mircavadovun rekordunu təkrarlayıb
Yemelyanenko 35 saniyəyə nokauta düşdü - Video
"Millimiz üçün 4-5 məşqçi ilə danışmışıq" - Ağasəlim Mircavadov
"Qarabağ" "Kayrat"la oyunu izləmək istəyən azarkeşlərə müraciət edib
Neymar zorlamada ittiham olunur
Azarkeşlər Mahir Emrelini seçdilər
Tamerlan Burcəliyev şəhid qardaşının adını kürəyində daşıyacaq - FOTO