Daha bir ölkə TDƏŞ-ə tamhüquqlu üzv olacaq

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti ay keçiriləcək Zirvə görüşündə sədrlik Türkiyəyə keçəcək və Türkmənistan tamhüquqlu üzv olacaq”.
“Minval.info” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu AKP sədrinin müavini Binəli Yıldırım deyib.
“Beləliklə, 6 dövlət tamhüquqlu üzv olacaq. Təşkilatın adı da dəyişəcək və “Türk Dövlətləri Təşkilatı” olacaq. Bu, quruma daha böyük məna qazandıracaq. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan tam üzv olacaq. Macarıstan başda olmaqla, 15 ölkə müşahidəçi üzv olmağı gözləyir. Regiona maraq gündən-günə artır. Zəngin təbii ehtiyatları, münbit və məhsuldar torpaqları ilə bölgənin əhəmiyyəti getdikcə bütün dünya tərəfindən görülür”, – deyə Yıldırım qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!