Daha bir böyük klub Ronaldonu rənglərinə qatmaq istəyir
İspaniyanın “Real” klubunun (Madrid) hücumçusu Kriştianu Ronaldoİtaliyanın “Yuventus” klubuna (Turin) keçə bilər.
“Report” xəbər verir ki, Ronaldonun İtaliya klubuna keçidi portuqaliyalının agenti Jorje Mendeşin 11 illik düşmənçilikdən sonra “Yuventus” rəhbərliyi ilə barışması sayəsində mümkün ola bilər.
O, bu həftə müdafiəçi Joau Kanselunun “Valensiya”dan “Qoca sinyora”ya keçidini təşkil edib.
İtaliya klubunun əsas transfer hədəfi “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçdir. Roma klubu onun keçidinə görə 120 mln. avro tələb edir. “Yuventus” serbiyalı futbolçunun transferindən imtina edə və həmin pulları Ronaldonun keçidinə sərf edə bilər.
KİV-in məlumatına görə, “Real” Ronaldoilə müqavilədə dəbbə pulunu 1 milyard avrodan 120 mln. avroya endirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Real" da İbrahimoviçi transfer edir - İDDİA
Fatih Terimin ilk transfer edəcəyi futbolçu bəlli oldu
"Barselona"dan 160 milyonluq transfer
Çempionlar Liqası: Qrup mərhələsinin rəmzi yığması açıqlandı - FOTO
Məsut Özil azərbaycanlılara səsləndi - "Qardaşlarım..."
"Qəbələ" Roman Qriqorçukla yollarını ayırıb - Rəsmi
Zidan Ronaldonun vurduğu qol haqqında: “Mənim qolum daha gözəl idi”