Daha 4 qazimiz Türkiyəyə göndərildi - Fotolar

Vətən müharibəsində ağır yaralanan daha 4 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Minval.info xəbər verir ki, qazilər İlkin Tağıyev, Seymur İsmayılov, Mehman Şirəliyev, Samir Orucov müalicə üçün qardaş ölkəyə yola salınıb.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 144 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 98-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Türkiyəyə 111 min ağac əkməklə dəstək olacaq
Daha 200 nəfərin saxta əlilliyi ləğv edildi: Pulları geri qaytaracaqlar
Bakıda bəzi marşrutların hərəkət cədvəli dəyişdirildi
Azərbaycanda fəxri adlara görə verilən təqaüdlərin məbləği açıqlanıb
Birmərtəbəli evlərin tikintisinə icazə elektron və ödənişsiz olacaq
Bakıda yeni mənzillər ucuzlaşıb