Dərzi, aşpaz olmaq istəyənlərin nəzərinə: vaxt başa çatır
2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi bu gün başa çatır.
Təhsil Nazirliyindən verilən məlumata görə, sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək. Nəticələrin sentyabrın 6-da elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, dərzi, aşpaz, kompüter operatoru, elektrik qaz qaynaqçısı, xalçaçı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, mehmanxana inzibatçısı ən çox müraciət edilən ixtisaslar arasında yer alır.
Müsabiqəyə birinci mərhələdə iştirak etməyən namizədlər də qatıla bilərlər. Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılır. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İmtahanlara PİSA tipli tapşırıqlar gəlir
Özəl bağçaların yeni maliyyələşmə siyahısı açıqlandı
Lalə Azərtaşın qızı Britaniyada təhsil alacaq
Məktəbli kitabçaları: Vahid standart niyə yoxdur?
Şagirdlərin yerdəyişməsi üçün son müraciət tarixi açıqlanıb
Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlandı
33 min şagirdin yerdəyişməsi təsdiqləndi!