Dəhşətli cinayətin üstü 7 il sonra açıldı - Bacısını basdırıb, üstündə ev tikdi
Martın 27-də Goranboy Rayon Polis Şöbəsinə 7 il əvvəl baş vermiş qətl hadisəsi barədə məlumat daxil olub.
Minval.İnfo-ya hüquq mühafizə orqanlarından verilən məlumata görə, hadisə 2001-ci ildə baş verib. Belə ki, həmin ilin entyabr-oktyabr aylarında əvvəllər məhkum olunmuş Aydın Hüseynov yaşadıqları İrəvanlı kəndindəki evdə münaqişə zəminində bacısı Raxşəndəni boğaraq qətlə yetirib.
ƏLAQƏLİ
Bayram məmmədovun ailəsində dəhşətli qətl: Anasını öldürməkdə qardaşı şübhəli bilinir
O, daha sonra qardaşı Adillə birgə həyətdəki tikilinin zirzəmisini qazaraq, bacısını orada basdırıb. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə meyidin basdırıldığı, hazırda Aydın Hüseynovun yaşadığı evin zirzəmisinə baxış keçirilib. R.Hüseynovanın cəsədinin qalıqları eksqumasiya edilib.
Polis əməkdaşları tərəfindən hər iki şəxs saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Goranboyda ailə faciəsi: Oğlu qətlə yetirən ata saxlanıldı
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu
