“Çöldə “ablava” edib girdim içəri” – Bakıda məşhur mağazanı soyan şəxs DANIŞDI – VİDEO
Paytaxtda elektron avadanlıqları satılan mağazaların birindən soyğunçuluq edilib.
Minval.İnfo xəbər verir ki, Nəsimi rayonu Moskva prospektində yerləşən mağazaya daxil olan naməlum şəxs orada satış üçün nəzərdə tutulan 2 ədəd hər birinin qiyməti 1800 və 1600 manat olan “Samsung” markalı mobil telefon götürərək hadisə yerindən qaçıb.
Hadisə barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat daxil olan kimi yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Yusif Sadıqov saxlanılıb.
İlkin ifadəsi zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib və ələ keçirdiyi mobil telefonları satdığını bildirib: “Birinci “ablava”ya çıxdım. Girdim “Kontakt” dükan
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.
Minval.İnfo
https://www.youtube.com/watch?v=xRlOXhBU3tk
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ata oğlunu öldürdü
9 ildir axtarılan Xəyalə öldürülübmüş - Qalıqları tapıldı - Foto
Abşeronda DƏHŞƏT: Yeniyetmə oğlan anasını öldürdü
Azərbaycanda müəmmalı hadisə: 41 yaşlı kişi dəhşət saçdı