CNN: "Taliban" Əfqanıstanın sabiq prezidentini ev dustağı edib"

Əfqanıstanın sabiq prezident Həmid Kərzay və Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdulla Abdulla Kabildə ev dustaqlığındadır.
“Minval.info”xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, sabiq prezident H.Kərzayın mühafizəçilərinin silahları alınıb, həmçinin, avtomobili müsadirə edilib. Bundan başqa, A.Abdullanın evində axtarış aparılıb, mühafizəçiləri və avtomobili əlindən alınıb.
Xatırladaq ki, daha əvvəl Əfqanıstan mətbuatı Həmid Kərzay, Abdulla Abdulla və Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyarın “Taliban” hərəkatının formalaşdırmağa çalışdığı Əfqanıstanın İdarəetmə Şurasının tərkibində yer alacaqlarını qeyd etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!