CNN Camal Qaşıqçının ölüm qabağı dediyi son sözləri nəşr edib
Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının ölüm qabağı dediyi son sözlər nəfəs ala bilməməsi olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü İstanbulda jurnalistin qətli zamanı qeydə alınan audioyazını dinləyən mənbəyə istinadən CNN telekanalı məlumat yayıb.
“Nəfəs ala bilmirəm”, – deyə mənbə Qaşıqçının son sözlərini sitat gətirib.
Teleşirkətin məlumatına görə, audioyazıda jurnalistlə əlbəyaxa və sonradan onun meyitinin doğranması anının səs-küyünü boğmaq üçün xüsusi olaraq qoşulmuş musiqi səsi eşidilir.
Mənbənin sözlərinə görə, audioyazı onu göstərir ki, Qaşıqçının qatilləri müntəzəm olaraq telefonla zəng ediblər və baş verənləri məruzə ediblər.
Bundan əvvəl ABŞ-da bir qrup senator “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçının öldürülməsinə görə məsuliyyəti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salmanın daşıması haqqında qanun layihəsi hazırlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!