Çində təbiətin gücü: 420 mindən çox insanı köçürən 'delfin' tayfunu yaxınlaşır
Çinin şərq sahillərinə yaxınlaşan güclü ‘Delfin’ tayfunu səbəbindən 420 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Minval.info xəbər verir ki, Çjetszyan əyalətinin Tayçjou şəhərində 390 mindən çox sakin müvəqqəti olaraq təxliyə edilib. Şanxayda isə sahilyanı bölgələrdən 30 mindən çox insan təhlükəsiz yerlərə yerləşdirilib.
Çin Meteorologiya İdarəsi avqustun 8-də tayfunla bağlı təhlükə səviyyəsini dördüncü pillədən üçüncü pilləyə yüksəldib. Ölkədə fövqəladə hallara reaksiya sistemi dörd səviyyədən ibarətdir və birinci səviyyə ən yüksək təhlükə dərəcəsi hesab olunur.
Verilən məlumata görə, ‘Delfin’ tayfununda küləyin sürəti saniyədə 40 metrdən artıqdır. Güclü təbiət hadisəsinin avqustun 9-dan 10-na keçən gecə Çinin şərq sahillərinə çatacağı gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
90 mindən çox müəllimə əməkhaqqı artımı tətbiq edilib
Müəllimlər üçün daha bir qadağa imzalandı
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın