Ceyhun Bayramovun Ukrayna səfəri davam edir — Növbəti görüş
Ukraynada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ilə görüşüb.
Minval.info xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər iki ölkə arasındakı intensiv siyasi dialoqu və yüksəksəviyyəli təmasları yüksək qiymətləndirərək, bu görüşlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildiriblər.
Görüş zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Eyni zamanda, tərəflər sürətlə dəyişən regional və beynəlxalq təhlükəsizlik mühiti, cari geosiyasi proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Sonda Azərbaycan ilə Ukrayna arasında müxtəlif istiqamətlər üzrə davamlı təmasların və praktiki əməkdaşlığın saxlanılmasının vacibliyi bir daha təsdiqlənib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri ilə görüşdü
Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək?
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Azərbaycan XİN İordaniyaya başsağlığı verib
Bakı-Abşeron qatarlarının metro tezliyində işləməsi planlaşdırılır
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi