21.10.2026 - 11:14
Bakı-Abşeron qatarlarının metro tezliyində işləməsi planlaşdırılır
RƏSMİ 135 baxış

Bakı-Abşeron qatarlarının metro tezliyində işləməsi planlaşdırılır

Baku.ws-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların sayını artırmaq niyyətindədir. Hazırda bu marşrut üzrə həftəiçi gündəlik 9 qatarla 102 reys həyata keçirilir.

ADY-nin bildirdiyinə görə, qatar parkının yenilənməsi və genişləndirilməsi üçün “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində 20 yeni sərnişin qatarının alınması planlaşdırılır. Bu addım qatarların daha tez-tez hərəkət etməsini təmin edəcək.

Son illərdə şəhərətrafı dəmir yolu nəqliyyatına olan tələbatın əhəmiyyətli dərəcədə artdığı qeyd olunur. 2024-cü ildə gündəlik sərnişin sayı 36 min, 2025-ci ildə 42 min olduğu halda, 2026-cı ilin sentyabrında artıq 52 mindən çox sərnişin daşınır. Bu, sərnişin axınında 40 faizdən çox artım deməkdir.

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi

Şəhərin nəqliyyat sistemində baş verən dəyişikliklər də sərnişin artımına təsir edir. Bakı Metropoliteninin Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsinin icrasına başlanılıb ki, bu da şəhərətrafı qatarlarla səfərlərə üstünlük verilməsinə səbəb olur.

ADY, sərnişin tələbatının artmasına uyğun olaraq şəhərətrafı daşımaların imkanlarını genişləndirmək üçün mərhələli tədbirlər həyata keçirməkdədir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: