24.10.2026 - 12:35
Azərbaycan XİN İordaniyaya başsağlığı verib
RƏSMİ 96 baxış

Azərbaycan XİN İordaniyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN), İordaniyada Kərak şəhərində baş verən silahlı hücumla əlaqədar başsağlığı verib. Baku.ws-ın məlumatına görə, bu barədə nazirliyin “X” sosial media hesabında məlumat yayımlanıb.

Paylaşımda bildirilir ki, Azərbaycan XİN İordaniya Haşimilər Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir. Nazirlik, ibadət yerlərinə qarşı zorakılığı və mülki şəxsləri hədəf alan hücumları qətiyyətlə pisləyir.

Azərbaycan, İordaniya ilə həmrəyliyini ifadə edərək, həlak olanların ailələrinə başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyir.

Xatırladaq ki, dünən İordaniyanın Əl-Kərak əyalətində dəfn mərasimi zamanı kilsə yaxınlığında terrorçuların hücumu baş verib. Hadisə nəticəsində 6 nəfər həyatını itirib, 28 nəfər isə yaralanıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: