04.11.2026 - 16:54
Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri ilə görüşdü
RƏSMİ 126 baxış

Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri ilə görüşdü

Mündəricat

Publika.az-ın məlumatına görə, Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı ilə əlaqədar ölkəmizdə səfərdə olan Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Kəmaləddin Heydərov qonaqları səmimi salamlayaraq onların çempionatda iştirakına görə təşəkkür edib. O, bu mötəbər idman tədbirinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayıb və yarışın beynəlxalq əlaqələrin möhkəmlənməsinə, yanğın-xilasetmə idmanının inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan və Belarus arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu xatırladan nazir, iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında səmərəli əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edib. O, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində müntəzəm təmasların əhəmiyyətini vurğulayıb.

Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski də görüşdən məmnunluğunu ifadə edərək, Bakıda keçirilən yarışın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. O, iki ölkə arasındakı əlaqələrin inkişafında bu səfərin və imzalanan sənədin əhəmiyyətini vurğulayıb.

Görüşdə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi” ilə “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların İdarə edilməsi və Reaksiya Vermə Mərkəzi” arasında qarşılıqlı fəaliyyət və informasiya mübadiləsinin təşkili haqqında reqlament imzalanıb.

XƏBƏRİN VİDEOSU

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: