VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Türkmənistanın Türkmənbaşı şəhərində oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü olub.
Musavat.com xəbər verir ki, söhbət zamanı Azərbaycan və İran prezidentlərinin görüşləri və telefon danışıqları məmnunluqla xatırlandı, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri və aparılmış müzakirələr qeyd olundu.
Prezident Məsud Pezeşkian iki ölkə arasında tarixi dostluq və qohumluq əlaqələrinin olduğunu deyərək, İranda baş verən hadisələr zamanı dost və mehriban qonşu kimi Azərbaycanın mövqeyinin yüksək qiymətləndirildiyini bir daha bildirdi.
Azərbaycan Prezidenti İranın qeyri-üzv dövlət kimi “MDB plyus” formatında ilk dəfə iştirakına toxundu.
Görüşdə Ağbənd–Kəlalə layihəsinin icrası ilə əlaqədar işlərin yekunlaşma mərhələsində olduğu məmnunluqla qeyd edildi.
Söhbət əsnasında vurğulandı ki, Qırğızıstanın paytaxtı Bişkekdə dövlət başçılarının sonuncu görüşü zamanı ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində iki ölkənin aidiyyəti qurumları fəaliyyətini davam etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO
FHN-in nəzarətində olan çimərliklərdə sudaboğulma qeydə alınmayıb